...

Ötən gün Tehranda 169 kişi, 39 qadın həbs edilib - Tehran Polis komandiri

Dünya xəbərləri Materials 8 Dekabr 2009 17:02 (UTC +04:00)
Tehran Polis komandiri Əzizullah Rəcəbzadə bildirib ki, dekabrın 7-də tələbələr günündə qeyri-qanuni şəkildə toplantılar və mitinqlərdə iştirak etmiş 169 kişi və 39 qadın həbs olunub. Bu barədə Trend News İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Ötən gün Tehranda 169 kişi, 39 qadın həbs edilib - Tehran Polis komandiri

Tehran Polis komandiri Əzizullah Rəcəbzadə bildirib ki, dekabrın 7-də tələbələr günündə qeyri-qanuni şəkildə toplantı və mitinqlərdə iştirak etmiş 169 kişi və 39 qadın həbs olunub. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Rəcəbzadə bildirib ki, dünənki mitinqlərdə təhlükəsizliyi təmin etmək üçün Sepah Korpusunun "Bəsic" ("Könüllülər") qrupu iştirak etməyib. "Tehranın Vəliəsr meydanında "Bəsic" və polis arasında münaqişə yaranması barədə yayılan məlumatlar yalandır. "Bəsic"ə ötən gün heç bir göstəriş verilməmişdi", - Rəcəbzadə deyib.

Trend -un arayışı: 1953-cü ildə ABŞ-ın İrandakı dövlət çevrilişindən (Baş nazir Məhəmməd Müsəddiqin hakimiyyətinin devrilməsi) 5 ay sonra Tehran Universitetinin tələbələri milli hakimiyyəti (Müsəddiq hökuməti) dəstəkləmək məqsədilə geniş şəkildə etiraz aksiyaları keçirdilər. 1953-cü il dekabrın 8-də (İran tarixi ilə azər ayının 16-sı) hərbçilər universitetə daxil olaraq tələbələrə atəş açdılar. Həmin hadisələrdə üç tələbə həlak oldu. Həmin ildən etibarən iranlı tələbələr bu günü Tələbələr günü kimi qeyd edirlər.

Xəbər lenti

Xəbər lenti