...

ABŞ və Səudiyyə Ərəbistanı nüvə məsələləri üzrə iranlı alimin oğurlanmasına görə cavab verməlidirlər - İran Parlamentinin sədri

Dünya xəbərləri Materials 9 Dekabr 2009 14:03 (UTC +04:00)
İran Parlamentinin sədri Əli Laricani çərşənbə günü jurnalistlərə bildirib ki, nüvə məsələləri üzrə iranlı alimin oğurlanması terrorçulara xas davranışdır. "ABŞ və Səudiyyə Ərəbistanı bu məsələyə görə cavab verməlidirlər", - Laricani deyib. Bu barədə Trend News İran televiziyasının rəsmi xəbər saytı İRİBNEWS-a istinadən məlumat yayıb.
ABŞ və Səudiyyə Ərəbistanı nüvə məsələləri üzrə iranlı alimin oğurlanmasına görə cavab verməlidirlər - İran Parlamentinin sədri

İran Parlamentinin sədri Əli Laricani çərşənbə günü jurnalistlərə bildirib ki, nüvə məsələləri üzrə iranlı alimin oğurlanması terrorçulara xas davranışdır. "ABŞ və Səudiyyə Ərəbistanı bu məsələyə görə cavab verməlidirlər", - Laricani deyib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı İRİBNEWS-a istinadən məlumat yayıb.

"Amerikalılar buna oxşar hərəkətləri bundan öncə də ediblər, lakin bu terrorçu davranışlarına görə məsuliyyət daşımayıblar", - Laricani deyib. Laricani bu kimi hərəkətlərin beynəlxalq qaydalara zidd olduğunu vurğulayaraq deyib ki, amerikalılar İranın nüvə proqramı ilə bağlı məsələdə də beynəlxalq qaydaları pozurlar. "Onlar (Qərb və Amerika) NPT kimi beynəlxalq qaydaya zidd hərəkət edə bilirsə, digər ölkələr də rahat şəkildə bu qaydalara əməl etməkdən yayına bilərlər", - o deyib.

İranın xarici işlər naziri Mənuçöhr Müttəki oktyabr ayının ortalarında ABŞ-ı Səudiyyə Ərəbistanında itkin düşmüş İran vətəndaşını oğurlamaqda ittiham edərək demişdi ki, əldə olan bəzi sənədlər İranın nüvə məsələləri üzrə alimi Şəhram Əmirinin oktyabrın əvvəlində Səudiyyə Ərəbistanında itkin düşməsində ABŞ-ın əlinin olduğunu göstərir.

Müttəki əlavə edib ki, Səudiyyə Ərəbistanı Əmirinin itməsinə görə məsuliyyət daşıyır və Xarici İşlər Nazirliyi bu məsələni diqqət mərkəzində saxlayır. Nüvə sahəsində çalışan iranlı alim Əmirinin oktyabr ayının əvvəlində Səudiyyə Ərəbistanında Ümrə Həcc ziyarətində olarkən itkin düşdüyü bildirilir.

Xəbər lenti

Xəbər lenti