...

BMT TŞ yeni qətnamə qəbul edərsə, İran MAQATE ilə əməkdaşlığını azaldacaq - iranlı deputat

Dünya xəbərləri Materials 9 Dekabr 2009 17:09 (UTC +04:00)
İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Kazım Cəlali bildirib ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni qətnamə qəbul edərsə, rəsmi Tehran MAQATE ilə əməkdaşlığın səviyyəsini azaldacaq.
BMT TŞ yeni qətnamə qəbul edərsə, İran MAQATE ilə əməkdaşlığını azaldacaq - iranlı deputat

İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Kazım Cəlali bildirib ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni qətnamə qəbul edərsə, rəsmi Tehran MAQATE ilə əməkdaşlığın səviyyəsini azaldacaq. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

"Bir halda ki, MAQATE məruzələrinə əsasən qərar qəbul olunmur və "böyük qüvvələrin" İranın nüvə məsələsinə baxışı hüquqi deyil, siyasidir, o zaman İranın bütün qaydalara əməl etməsinə və nüvə proqramı ilə bağlı hər hansı bir hüququnun olmamasına səbəb qalmır. İran MAQATE ilə əməkdaşlığını azaldacaq", - deyə Cəlali bildirib.

Noyabrın 27-də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərinin (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa + Almaniya) İrana qarşı qətnamə layihəsi MAQATE-nin Hakimlər Şurasına təqdim olunub və sənəd 35 ölkədən 25 ölkənin səs çoxluğu ilə təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti