...

İranın Sistan və Bəluçustan əyalətində girov götürülmüş şəxs azad edilib

Dünya xəbərləri Materials 10 Dekabr 2009 13:57 (UTC +04:00)
İran Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti məlumat yayaraq bildirib ki, Sistan və Bəluçustan əyalətində girov götürülmüş şəxs - Çabahar şəhər sakini təhlükəsizlik qüvvələrinin səyi nəticəsində azad edilib.
İranın Sistan və Bəluçustan əyalətində girov götürülmüş şəxs azad edilib

İran Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti məlumat yayaraq bildirib ki, Sistan və Bəluçustan əyalətində girov götürülmüş şəxs - Çabahar şəhər sakini təhlükəsizlik qüvvələrinin səyi nəticəsində azad edilib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, cinayətkarlar oktyabrın 27-də həmin şəxsi Çabahar şəhərindən oğurlayaraq, azadlığa buraxılması üçün onun ailəsindən 200 min ABŞ dolları tələb ediblər. Girov götürülmüş şəxs Sistan və Bəluçustan əyalətinin təhlükəsizlik qüvvələrinin və yerli ağsaqqalların köməyi ilə heç bir pul ödənmədən azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti