...

ABŞ tərəfindən 2009-cu ilin sonuna kimi İrana qarşı heç bir sanksiya qəbul edilməyəcək – senator

Dünya xəbərləri Materials 11 Dekabr 2009 14:20 (UTC +04:00)
ABŞ Senatı 2009-cu ildə İrana qarşı yeni iqtisadi sanksiyalar qəbul etməyəcək, lakin çox güman ki, gələn il yenilərini nəzərdən keçirəcək, böyük senator deyib
ABŞ tərəfindən 2009-cu ilin sonuna kimi İrana qarşı heç bir sanksiya qəbul edilməyəcək – senator

ABŞ Senatı 2009-cu ildə İrana qarşı yeni iqtisadi sanksiyalar qəbul etməyəcək, lakin çox güman ki, gələn il yenilərini nəzərdən keçirəcək, böyük senator deyib, Press TV AFP-yə istinadən xəbər verib.

Senator-demokrat Dik Durbin (Dick Durbin) deyib ki, Senat İrana qarşı yeni sərt iqtisadi sanksiyaların kompleks paketini gələn il təsdiq edə bilər.

Senatın bu tədbirlərə əl atması prepektivləri barədə sualı cavablandırarkən Durbin deyib: "Mən düşünürəm ki, bunun mümkünlüyü çox böyükdür və hesab edirəm ki, yəqin ki, bu, hər iki partiyanın güclü dəstəyi ilə baş verəcək".

ABŞ-ın bu il mühümlüyünə görə ikinci olan başqa bir qərar qəbul edib-etməyəcəyi sualına da Senatdakı partiyanın nümayəndəsi "Yox" cavabı verib.

ABŞ İranı nüvə proqramını dayandırmağa məcbur etmək üçün ölkəyə qarşı bir sıra sanksiyalar qəbul edib.

Tehran dəfələrlə bəyan edib ki, Qərbin təzyiqi ilə nüvə tədqiqinə olan qanuni haqlarından imtina etməyəcək.

Xəbər lenti

Xəbər lenti