...

İranın BMT-dəki nümayəndəsi Fransanın Tehrana münasibətdə mövqeyini tənqid edib

Dünya xəbərləri Materials 11 Dekabr 2009 17:37 (UTC +04:00)
İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Həzai öz fransız həmkarının İranın nüvə proqramına dair mövqeyini tənqid edib.
İranın BMT-dəki nümayəndəsi Fransanın Tehrana münasibətdə mövqeyini tənqid edib

İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Həzai öz fransız həmkarının İranın nüvə proqramına dair mövqeyini tənqid edib. Məlumatı İran telekanalı "Al Alem"-in rəsmi saytı yayıb.

Fransanın BMT-dəki daimi nümayəndəsi Jerar Aro deyib ki, onun ölkəsinin hökuməti yaxın gələcəkdə İrana qarşı sanksiyaların sərtləşdirilməsinə dair qətnamə layihəsi hazırlayacaq.

"İran həmişə öz ehtiyacını ödəmək üçün nüvə enerjisi əldə etmək niyyətində olub və bu məsələ dəfələrlə MAQATE-nin hazırladığı məruzələrdə əks olunub", - Həzai telekanala eksklüziv müsahibəsində deyib.

O, həmçinin qeyd edib ki, Fransa nümayəndəsinin çıxışı nüvə silahlarının yayılmaması barədə sazişin iştirakçı ölkələrinin sazişdən çıxmasına təkan verə bilər.

Xəbər lenti

Xəbər lenti