...

Türkiyənin cənub-şərqində kütləvi iğtişaş baş verib

Dünya xəbərləri Materials 12 Dekabr 2009 10:59 (UTC +04:00)
Türkiyənin Hakkari şəhərində dinc nümayiş polislə toqquşmaya çevrilib. İntizam qoruyucularına daş və yandırıcı maddələrlə dolu butulkalar atılıb. Nümayişçilər mağazaların vitrinlərini darmadağın edib və zibil qablarını yandırıblar. Etirazçıları yalnız su və gözyaşardıcı qazın köməyi ilə sakitləşdirmək mümkün olub.
Türkiyənin cənub-şərqində kütləvi iğtişaş baş verib

Türkiyənin Hakkari şəhərində dinc nümayiş polislə toqquşmaya çevrilib. İntizam qoruyucularına daş və yandırıcı maddələrlə dolu butulkalar atılıb. Nümayişçilər mağazaların vitrinlərini darmadağın edib və zibil qablarını yandırıblar. Etirazçıları yalnız su və gözyaşardıcı qazın köməyi ilə sakitləşdirmək mümkün olub.

İğtişaşlar üçün bəhanə kürd azlığının maraqlarını müdafiə edən Demokratik Cəmiyyət Partiyasının buraxılması olub.

Müvafiq qərarı ölkənin Konstitusiya Məhkəməsi verib. Fraksiya rəhbərliyi Türkiyə ərazisində müstəqil dövlət yaratmağa çalışan kürd üsyançıları ilə əlaqədə təqsirli bilinib. Nəticədə partiya parlamentdə öz yerini itirib, onun üzvlərinə isə 5 il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq qadağan edilib. Məlumatı "Vesti" telekanalı yayıb.

Xəbər lenti

Xəbər lenti