...

İranın iri telekommunikasiya şirkətinin direktoru vəfat edib

Dünya xəbərləri Materials 12 Dekabr 2009 14:37 (UTC +04:00)
İranın "Etemad Mobin" şirkətinin direktoru, İranın iqtisadi tarixində ilk dəfə olaraq dövlət TCI-nin (Telecommunication Company of Iran) səhmlərini əldə edən Məcid Süleymanipur öz evində həyat yoldaşı ilə birgə ölmüş vəziyyətdə tapılıb.
İranın iri telekommunikasiya şirkətinin direktoru vəfat edib

İranın "Etemad Mobin" şirkətinin direktoru, İranın iqtisadi tarixində ilk dəfə olaraq dövlət TCI-nin (Telecommunication Company of Iran) səhmlərini əldə edən Məcid Süleymanipur öz evində həyat yoldaşı ilə birgə ölmüş vəziyyətdə tapılıb. Məlumatı IRNA agentliyi yayıb.

Tehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadinin sözlərinə görə, ekspertizaya əsasən, dekabrın 10-da Süleymanipur və onun həyat yoldaşının ölməsinə səbəb qaz sızması olub.

O, həmçinin əlavə edib ki, cəsədlərdə zorakılıq izləri aşkarlanmayıb, onların ölümü qətl olmayıb.

Süleymanipur noyabr ayında İranın birja bazarında ölkənin bütün birja əməliyyatlarının 10 faizinə bərabər olan ən iri razılaşmanı həyata keçirən "Etemad Mobin Development" konsorsiumunun direktoru olub. Üç şirkətdən ibarət konsorsium dövlətə məxsus olan TCI-nin 50%-ni, həmçinin 1 səhmini 7,8 milyard dollara əldə edib.

Müxtəlif KİV-lərin məlumatına görə, "Etemad Mobin" şirkətinin İran İnqilabı Keşikçiləri Korpusu ("Sepah") ilə əlaqəsi var. Sepah-ın mövqeləri iqtisadi sahədə də güclüdür. Müxtəlif fikirlərə görə, Keşikçilər Korpusu İran iqtisadiyyatının üçdə birinə nəzarət edir.

Xəbər lenti

Xəbər lenti