...

İranın "Əl-Qədir" sualtı gəmiləri xüsusi silahlarla təchiz olunub

Dünya xəbərləri Materials 12 Dekabr 2009 14:46 (UTC +04:00)
İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandiri Həbibullah Səyyari bildirib ki, İranın "Əl-Qədir" adlı sualtı gəmiləri xüsusi silahlarla təchiz olunub və bundan başqa, həmin gəmilərdə lazım olan əməliyyatların həyata keçirilməsi üçün xüsusi təyinatlı hərbi dəstələr var.
İranın "Əl-Qədir" sualtı gəmiləri xüsusi silahlarla təchiz olunub

İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandiri Həbibullah Səyyari bildirib ki, İranın "Əl-Qədir" adlı sualtı gəmiləri xüsusi silahlarla təchiz olunub və bundan başqa, həmin gəmilərdə lazım olan əməliyyatların həyata keçirilməsi üçün xüsusi təyinatlı hərbi dəstələr var. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

"İran HDQ hazırda İranın daxili istehsalı olan "Əl-Qədir", "Nuh", "Yunis" və "Tariq" sualtı gəmilərdən istifadə edir. "Əl-Qədir" adlı sualtı gəmilər iki gün öncə HDQ-nin istifadəsinə verilib", - Səyyari deyib.

O, xüsusi silahların mahiyyətini açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti