...

İranın ticarət naziri Qazaxıstana səfər edib

Dünya xəbərləri Materials 14 Dekabr 2009 13:14 (UTC +04:00)
İranın ticarət naziri Mehdi Qəzənfəri bu gün Qazaxıstana səfər edib. Bu barədə Trend News İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
İranın ticarət naziri Qazaxıstana səfər edib

İranın ticarət naziri Mehdi Qəzənfəri bu gün Qazaxıstana səfər edib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Qəzənfəri səfər zamanı Qazaxıstan rəsmiləri ilə görüşəcək və iqtisadi əlaqələrin inkişafına dair müzakirələr aparacaq. Səfər zamanı Qəzənfərini iranlı biznesmenlərdən ibarət 40 nəfərlik nümayəndə heyəti müşayiət edir.

Səfərdə iranlı nazir Qazaxıstanın Şımkənd şəhərində İran məhsulları sərgisinin və Əl-Farabi İran Ticarət Mərkəzinin açılışında, həmçinin İran və Qazaxıstanın ticarət potensialına həsr olunmuş iclasda iştirak edəcək.

İran və Qazaxıstan arasında ticarət dövriyyəsi ötən il 3 milyard dollar təşkil edib. Hər iki ölkə bu rəqəmi 10 milyard dollara qədər artırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti