...

Osetiya tərəfi gürcü yeniyetmələrin dekabrın 17-də azad ediləcəyinə söz verir

Dünya xəbərləri Materials 14 Dekabr 2009 19:06 (UTC +04:00)
Osetiya tərəfindən oğurlanmış iki gürcü yeniyetmə ehtimala görə dekabrın 17-də Avropa Şurasının insan hüquqlarına dair ali komissarı Tomas Hammarberqin Sxinvaliyə səfəri zamanı azad ediləcək.

Gürcüstan, Tbilisi, 14 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Osetiya tərəfindən oğurlanmış iki gürcü yeniyetmə ehtimala görə dekabrın 17-də Avropa Şurasının insan hüquqlarına dair ali komissarı Tomas Hammarberqin Sxinvaliyə səfəri zamanı azad ediləcək. Bu barədə jurnalistlərlə söhbət zamanı Şida Kartli qubernatoru Lado Vardzelaşvili deyib.

Onun sözlərinə görə, separatçılar bildirir ki, gürcü yeniyetmələr Tomas Hammerberqin Sxinvaliyə gəlişindən sonra azad ediləcək.

Cənubi Osetiyanın inzibati sərhədində iki gürcü yeniyetmənin azad edilməsini bu gun səhərdən Şida Kartli qubernatoru, parlament azlığının nümayəndəsi Giya Tortladze və oğurlanmış yeniyetmələrin yaxınları gözləyirlər.

Yeniyetmələrin bu gün azad ediləcəyi gözlənilirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti