...

Gürcüstanın peşəkar futbol liqasının prezidenti istefa verib

Dünya xəbərləri Materials 15 Dekabr 2009 12:14 (UTC +04:00)
Gürcüstanın peşəkar futbol liqasının prezidenti Dmitriy Ramişvili istefaya gedib. Ramişvilinin özünün jurnalistlərə dediyinə görə, biznes strukturlarının birindən cəlbedici təklif aldıqdan sonra bu qərara gəlib.
Gürcüstanın peşəkar futbol liqasının prezidenti istefa verib

Gürcüstan, Tbilisi, 15 dekabr / Trend , müxbir N.Kirtsxalia/

Gürcüstanın peşəkar futbol liqasının prezidenti Dmitriy Ramişvili istefaya gedib. Ramişvilinin özünün jurnalistlərə dediyinə görə, biznes strukturlarının birindən cəlbedici təklif aldıqdan sonra bu qərara gəlib.

O qeyd edib ki, yeni sahədə də gürcü futboluna köməyini davam etdirəcək.

Halbuki Ramişvilinin qərar noyabr ayında onun bir müddət əvvəl narkotikdən istifdə etməsinə görə saxlanılması xəbərindən sonra heç kimi təəccübləndirməyib. Bu fakt ictimaiyyətdən gizldilmiş, Gürcüstan Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında isə Tbilisinin patrul polisinin rəhbəri Qiorqiy Qeqeçkori tərəfindən açıqlanmışdı.

Narkotiklə bağlı qalmaqalda Gürcüstan yığmasının futbolçuları Levan Skitişvili və Rati Aleksidzenin də adları çəkilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti