...

İran hökuməti Fələstinə münasibətdə fikrini dəyişməyəcək

Dünya xəbərləri Materials 16 Dekabr 2009 13:38 (UTC +04:00)
ran hökuməti Fələstinə münasibətdə öz prinsiplərini və rəsmi ifadə etdiyi fikrini dəyişməyəcək, İranın ali lideri Ayətolla Əli Xamenei HƏMAS təşkilatının siyasi büro rəhbəri Xaled Məşəl ilə görüşü zamanı deyib, ILNA agentliyi məlumat verib.
İran hökuməti Fələstinə münasibətdə fikrini dəyişməyəcək

İran hökuməti Fələstinə münasibətdə öz prinsiplərini və rəsmi ifadə etdiyi fikrini dəyişməyəcək, İranın ali lideri Ayətolla Əli Xamenei HƏMAS təşkilatının siyasi büro rəhbəri Xaled Məşəl ilə görüşü zamanı deyib, ILNA agentliyi məlumat verib.

"İran İslam Respublikasının Fələstinə dəstək verməsi onun mənəvi borcudur", - Xamenei deyib.

O həmçinin əlavə edib ki, Fələstin xalqı Quranda yazılmış "Qalibiyyət ancaq Əzəmətli və Müdrik olan Allahdan gəlir"cümləsini rəhbər tutaraq, düşmənin qarşısından geri çəkilməməli və onu dəf etməlidir.

Cavab olaraq Məşəl deyib ki, "Fələstinlilər heç vaxt İsrail qarşısında əyilməyəcəklər və mübarizəni qələbəyə kimi davam etdirəcəklər".

Xəbər lenti

Xəbər lenti