...

Xalqı hədələməklə hökmranlıq etmək olmaz - İranın eks-prezidenti

Dünya xəbərləri Materials 17 Dekabr 2009 12:05 (UTC +04:00)
İranın sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani bildirib ki, xalqı qorxutmaqla hakimiyyəti qorumaq və davam etdirmək olmaz.
Xalqı hədələməklə hökmranlıq etmək olmaz - İranın eks-prezidenti

İranın sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani bildirib ki, xalaqı qorxutmaqla hakimiyyəti qorumaq və davam etdirmək olmaz. İranın İLNA agentliyinin məlumatına əsasən, Məsləhət Şurasnın sədri Rəfsəncani əlavə edib ki, ölkədəki "problemlər və etimadsızlıq" "xalqa təzyiq və hədələrlə" müvəqqəti olaraq ört-basdır edilsə də, gələcəkdə bu problem daha təhlükəli şəkildə üzə çıxacaq və xalq hakimiyyətdən hesab tələb edəcək. Rəfsəncani dekabrın 16-da çıxışı zamanı İran İslam İnqilabının xalqın dəstəyi ilə davamlı olduğunu vurğulayıb.

İranda iyunun 12-də keçirilən prezident seçkilərinin nəticəsinə sabiq prezidentliyə namizədlər etiraz edib. İslahatçı namizədlər Mir Hüseyn Musəvi Mehdi Kərrubi seçkilərdə geniş saxtakarlıq olduğunu bildiriblər. Seçkilərdən sonra İranda başlanan etiraz aksiyaları müşahidəçilərin fikrincə, 1979-cu il İslam İnqilabından sonra analoqu olmayan səviyyədə keçib. Yüzlərlə siyasi fəal həbs olunub və onlarla vətəndaş həlak olub.

İranda prezident Mahmud Əhmədinejadın hakimiyyətinə qarşı narazılıqlar hələ də davam edir. Müxalifət Məhərrəm ayında keçiriləcək matəm mərasimlərində daha geniş aksiyalara hazırlaşır.

Xəbər lenti

Xəbər lenti