...

İraqın şimalındakı kürd administrasiyasının baş naziri sabah İrana səfər edəcək

Dünya xəbərləri Materials 18 Dekabr 2009 13:12 (UTC +04:00)
İraqın şimalındakı kürd administrasiyasının baş naziri Barham Əhməd Saleh dekabrın 19-da Tehrana rəsmi səfər edəcək. Bu barədə Trend News İranın Fars xəbər agentliyinə istinadən məlumat yayıb.
İraqın şimalındakı kürd administrasiyasının baş naziri sabah İrana səfər edəcək

İraqın şimalındakı kürd administrasiyasının baş naziri Barham Əhməd Saleh dekabrın 19-da Tehrana rəsmi səfər edəcək. Bu barədə Trend İranın Fars xəbər agentliyinə istinadən məlumat yayıb.

Saleh İranın rəsmi dəvəti ilə kürd adiministrasiyasının siyasi və iqtisadi nümayəndə heyətinin müşayiəti ilə Tehrana səfər edəcək.

Saleh İran rəsmiləri ilə İraqda və regiondakı mövcud vəziyyət haqqında fikir mübadiləsi aparacaq. O, İran və İraqın Kürdüstan əyaləti arasında iqtisadi, ticari və turizm sahəsində əlaqələrin inkişafı haqqında da müzakirələr aparacaq.

Səfər zamanı Salehin İran Prezidenti Mahmud Əhmədinejad, Parlamentin spikeri Əli Laricani, Milli Ali Təhlükəsizlik Şurasının rəhbəri Səid Cəlili, XİN rəhbəri Mənuçöhr Müttəki və İranın Məsləhət Şurasının rəhbəri Əli Əkbər Haşimi Rəfsəncani ilə görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti