...

İran özü Əraqda ağır sular zavodu üçün yanacaq istehsal edir - Atom Enerjisi Təşkilatının rəhbəri Salehi

Dünya xəbərləri Materials 19 Dekabr 2009 15:07 (UTC +04:00)
Əraqda ağır sular istehsalı zavodunda reaktorun tikintisi uğurla davam etdirilir və bu obyekt 3-4 il ərzində istismara veriləcək. Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.
İran özü Əraqda ağır sular zavodu üçün yanacaq istehsal edir - Atom Enerjisi Təşkilatının rəhbəri Salehi

Əraqda ağır sular istehsalı zavodunda reaktorun tikintisi uğurla davam etdirilir və bu obyekt 3-4 il ərzində istismara veriləcək. Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib. Məlumatı FARS agentliyi yayıb.

Salehinin sözlərinə görə, zavod üçün zəruri olan yanacaq İranda istehsal edilir.

Uranın zənginləşdirilməsi üzrə 10 yeni zavodun inşasının maliyyələşdirilməsi məsələsinə cavab verən Salehi deyib ki, onların tikilməsinə ilk zavodun inşasına sərf edilən vəsaitdən daha az vəsait xərclənəcək. Onun sözlərinə görə, bu, İranın yüksək texnoloji nailiyyətləri ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti