...

Türkiyənin DİN rəhbəri İraqın şimalında terrorçuluğun aradan qaldırılması üzrə keçirilən iclasda iştirak edib

Dünya xəbərləri Materials 21 Dekabr 2009 11:42 (UTC +04:00)
Türkiyə, ABŞ və İraqın iştirakı ilə İraqın şimalında terrorçuluğun aradan qaldırılması üzrə iclas bazar günü Bağdadda keçirilib, Anadolu İnformasiya agentliyi məlumat verib.
Türkiyənin DİN rəhbəri İraqın şimalında terrorçuluğun aradan qaldırılması üzrə keçirilən iclasda iştirak edib

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir A. Axundov/

Türkiyə, ABŞ və İraqın iştirakı ilə İraqın şimalında terrorçuluğun aradan qaldırılması üzrə iclas bazar günü Bağdadda keçirilib, Anadolu İnformasiya agentliyi məlumat verib.

Türkiyənin nümayəndə heyətinə ölkənin DİN rəhbəri Bəşir Atalay, İraqın nümayəndə heyətinə milli təhlükəsizlik naziri Şirvan Əl Vaili başçılıq edib.

Bağdada yola düşməzdən əvvəl Atalay bildirib ki, İraq və ABŞ-ın dəstəyi ilə onlar İraq ərazisindəki terrorçuluğa son qoymaq niyyətindədirlər.

O qeyd edib ki, iclas zamanı Türkiyə bu ölkədə həyata keçirilən demokratik islahatlar prosesi, qardaşlıq layihəsi çərçivəsində terrorçuluğun ləğv edilməsi məsələsində Türkiyənin qətiyyətini bildirəcək. Atalayın sözlərinə görə, bu iclas böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti