...

İraqın təhlükəsiz və yekdil olması bütün regionun xeyrinədir - İran Prezidenti

Dünya xəbərləri Materials 21 Dekabr 2009 12:57 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad İraqın şimalındakı kürd administrasiyasının Baş naziri Barham Əhməd Salehlə görüşündə bildirib ki, İran İslam Respublikası region ölkələrin xalqlarının birliyini dəstəkləyir və xalqların birliyinin bütün region ölkələrinin xeyrinə olacağı qənaətindədir. Bu barədə Trend News İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.
İraqın təhlükəsiz və yekdil olması bütün regionun xeyrinədir - İran Prezidenti

İran Prezidenti Mahmud Əhmədinejad İraqın şimalındakı kürd administrasiyasının Baş naziri Barham Əhməd Salehlə görüşündə bildirib ki, İran İslam Respublikası region ölkələrin xalqlarının birliyini dəstəkləyir və xalqların birliyinin bütün region ölkələrinin xeyrinə olacağı qənaətindədir. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Əhmədinejad region xalqlarının inkişafı və daimi təhlükəsizliyinin təmini üçün region ölkələrinin əməkdaşlığının vacibliyini vurğulayıb. "Regionun bütün xalqları və ölkələri inkişaf etməlidir və inkişaf yolunu seçmək hamının xeyrinədir", - deyə Əhmədinejad deyib.

Əhmədinejad əlavə edib ki, İraqdakı qeyrı-sabitlik təkcə bu ölkənin deyil, bəlkə də bütün region ölkələrinin ziyanınadır. "Düşmənlər həmişə regionda qeyrı-sabitlik yaratmaq istəyiblər və region xalqları öz birlikləri ilə onların bütün planlarını poza bilərlər", - deyə Əhmədinejad deyib.

İraqın şimalındakı kürd administrasiyasının Baş naziri Barham Əhməd Saleh dekabrın 19-da Tehrana dördgünlük rəsmi səfər edib.

Saleh İran rəsmiləri ilə İraqda və regiondakı mövcud vəziyyət haqqında fikir mübadiləsi aparıb. O, İran və İraqın Kürdüstan əyaləti arasında iqtisadi, ticari və turizm sahəsində əlaqələrin inkişafı haqqında da müzakirələr aparıb.

Xəbər lenti

Xəbər lenti