...

İtkin düşən nüvə alimi İranın Atom Enerji Təşkilatının əməkdaşı deyil - İAET-nın rəhbəri Salehi

Dünya xəbərləri Materials 21 Dekabr 2009 14:49 (UTC +04:00)
Şəhram Əmiri İranın Atom Enerji Təşkilatının əməkdaşı deyil və təşkilatla heç bir əlaqəsi yoxdur.
İtkin düşən nüvə alimi İranın Atom Enerji Təşkilatının əməkdaşı deyil - İAET-nın rəhbəri Salehi

Şəhram Əmiri İranın Atom Enerji Təşkilatının əməkdaşı deyil və təşkilatla heç bir əlaqəsi yoxdur, təşkilatın sədri Əli Əkbər Salehi belə deyib. Fars agentliyi bu haqda məlumat yayıb.

"Nəyə görə Əmirinin nüvə alimi hesab edilməsi haqda məlumatım yoxdur. Əmiri heç vaxt təşkilatın əməkdaşı olmayıb. Biz bu haqda artıq söz-söhbət yaratmamaq üçün bu vaxtadək danışmamışıq. Lakin indi açıq şəkildə bildirirəm ki, mən Əmirinin kim olduğunu bilmirəm və onun bizim təşkilata heç bir aidiyyatı yoxdur", - Salehi deyib.

İranın xarici işlər naziri Mənuçöhr Müttəki oktyabr ayının ortalarında ABŞ-ı Səudiyyə Ərəbistanında itkin düşmüş İran vətəndaşını oğurlamaqda ittiham edərək deyib ki, əldə olan bəzi sənədlər İranın nüvə məsələləri üzrə alimi Şəhram Əmirinin oktyabrın əvvəlində Səudiyyə Ərəbistanında itkin düşməsində ABŞ-ın əlinin olduğunu göstərir.

Xəbər lenti

Xəbər lenti