...

İranda müxalifət qəzeti "Əndişeye no" bağlanıb

Dünya xəbərləri Materials 21 Dekabr 2009 13:11 (UTC +04:00)
Dekabrın 21-də İranın İrşad və Mədəniyyət Nazirliyinin mətbuata nəzarət heyəti ölkənin tanınmış qəzetlərindən olan "Əndişeye No" (Yeni Təfəkkür) qəzetinin bağlanması barədə qərar qəbul edib.
İranda müxalifət qəzeti "Əndişeye no" bağlanıb

Dekabrın 21-də İranın İrşad və Mədəniyyət Nazirliyinin mətbuata nəzarət heyəti ölkənin tanınmış qəzetlərindən olan "Əndişeye No" (Yeni Təfəkkür) qəzetinin bağlanması barədə qərar qəbul edib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

"Əndişeye no" qəzeti İranın İslahatçılar düşərgəsindən olan "İslami İş" partiyasına aiddir. Qəzet iyunun 12-də İranda keçirilən prezident seçkiləri zamanı İslahatçılar düşərgəsindən olan Mir Hüseyn Musəvinin seçki qərargahının xəbərlərini yayımlamaqla məşğul olub.

Xəbər lenti

Xəbər lenti