...

İranda ayətullah Müntəzirinin dəfnindən sonra iğtişaş müşahidə edilir

Dünya xəbərləri Materials 21 Dekabr 2009 17:47 (UTC +04:00)
İrandan görkəmli din xadimi ayətullah Hüseynəli Müntəzirinin dəfn mərasimindən sonra müxalifət tərəfdarları və polis arasında qarşıdurma yaranması barədə məlumatlar gəlir.
İranda ayətullah Müntəzirinin dəfnindən sonra iğtişaş müşahidə edilir

İrandan görkəmli din xadimi ayətullah Hüseynəli Müntəzirinin dəfn mərasimindən sonra müxalifət tərəfdarları və polis arasında qarşıdurma yaranması barədə məlumatlar gəlir.

İranın bəzi müxalifət saytları qarşıdurmalar barədə məlumat yayıb. RBK BBC-yə istinadən məlumat verir. Hadisələlərin müstəqil işıqlandırılması çətinləşib, çünki İran hakimiyyəti xarici KİV-ləri dəfn mərasiminə buraxmayıb.

Ayətullah Müntəziri dekabrın 20-də 88 yaşında vəfat edib. O, İranın ruhani təbəqəsinə aid idi. Müntəziri həyatının son anlarında hakim rejimə müxalifətdə olub. Son illər o, İran islahatçılarının Mahmud Əhmədinejadın prezident vəzifəsinə seçilməsinin saxtalaşdırılması barədə bəyanatını dəstəkləyirdi.

Bu gün İran şiələri üçün müqəddəs olan Qum şəhərində keçirilən dəfn mərasimində on mindən artıq insan iştirak edib. Şahidlərin sözlərinə görə, mərasim faktiki olaraq hökumət əleyhinə nümayişlərlə keçib. İştirakçılar "Diktaturaya ölüm" və digər şüarlar səsləndiriblər. Bir qrup nümayişçi isə mərhum ayətullahın evinin önündə polislərə daş ataraq onlarla dalaşıblar.

Xəbər lenti

Xəbər lenti