...

Obama İranla bağlı yaranmış fürsəti əldən verməməlidir - iranlı general

Dünya xəbərləri Materials 22 Dekabr 2009 17:51 (UTC +04:00)
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadi bildirib ki, Obama özündən əvvəlkilər kimi müxalifətin yanlış məlumatlarına aldanmamalı və İranla bağlı yaranmış fürsəti əldən verməməlidir.
Obama İranla bağlı yaranmış fürsəti əldən verməməlidir - iranlı general

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadi bildirib ki, Obama özündən əvvəlkilər kimi müxalifətin yanlış məlumatlarına aldanmamalı və İranla bağlı yaranmış fürsəti əldən verməməlidir. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Firuzabadi əlavə edib ki, ABŞ hökumətində bəzi nüfuzlu şəxslər Obamanın "dəyişiklik" şüarının mahiyyətinin itirilməsinə səbəb oldu. "Obama hökuməti dəyişiklik şüarı səsləndirsə də, hazırkı göstəricilər heç bir dəyişikliyin olmadığını göstərir", - Firuzabadi deyib.

Xəbər lenti

Xəbər lenti