...

İran "Tulu" adlı yeni nəsil milli peyki istismara verəcək - İranın müdafiə naziri

Dünya xəbərləri Materials 23 Dekabr 2009 10:50 (UTC +04:00)
İranın müdafiə naziri general-mayor Əhməd Vəhidi bildirib ki, İranın "Tulu" (Günəşin doğması) adlı yeni nəsil milli peyki İran İnqilabının 31-ci ildönümünə həsr olunmuş "Fəcr ongünlüyü"ndə istismara veriləcək.
İran "Tulu" adlı yeni nəsil milli peyki istismara verəcək  - İranın müdafiə naziri

İranın müdafiə naziri general-mayor Əhməd Vəhidi bildirib ki, İranın "Tulu" (Günəşin doğması) adlı yeni nəsil milli peyki İran İnqilabının 31-ci ildönümünə həsr olunmuş  "Fəcr ongünlüyü"ndə istismara veriləcək. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı IRIBNEWS-a istinadən məlumat yayıb.

Vəhidi əlavə edib ki, bu peyk İranın "Sa İran" elektron sənaye şirkəti mütəxəssisləri tərəfindən layihələşdirilib və istehsal olunub. "Yeni nəsil peykin istehsalı İran İslam Respublikasının kosmosda daimi hüzur üçün atdığı böyük addımdır və kosmos sahəsində böyük nailiyyət deməkdir", - deyə Vəhidi bildirib.

İran ötən il İran İslam İnqilabının 30-cu ildönümündə "Ümid" adlı ilk peykini yerətrafı orbitə buraxmışdı. Peyki orbitə İran istehsalı olan raket çıxarmışdı. Peykin buraxılması barədə göstərişi şəxsən Prezident Mahmud Əhmədnejad vermişdi.

İranda hər il Bəhmən ayının 12-22-də (bu il fevralın 1-10-na təsadüf edir) İran İslam İnqilabının qələbə çalması münasibəti ilə 10 gün bayram tədbirləri keçirilir və həmin 10 gün "Fəcr ongünlüyü" kimi adlandırılır.

Xəbər lenti

Xəbər lenti