...

Terhan reaktoruna lazım olan uran İranda zənginləşdiriləcək - Laricani

Dünya xəbərləri Materials 23 Dekabr 2009 12:23 (UTC +04:00)
İran Parlamentinin spikeri Əli Laricani Ərəb Birliyinin baş katibi Əmr Musa ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, "əgər Terhan reaktoruna lazım olan 20 faizlik yanacağı bizə satmasalar, biz özümüz həmin yanacağı zənginləşdirəcəyik". Bu barədə Trend News İranın İlna xəbər agentliyinə istinadən məlumat yayıb.
Terhan reaktoruna lazım olan uran İranda zənginləşdiriləcək - Laricani

İran Parlamentinin spikeri Əli Laricani Ərəb Birliyinin baş katibi Əmr Musa ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, "əgər Terhan reaktoruna lazım olan 20 faizlik yanacağı bizə satmasalar, biz özümüz həmin yanacağı zənginləşdirəcəyik". Bu barədə Trend İranın İlna xəbər agentliyinə istinadən məlumat yayıb.

"Biz uranın zənginləşdirilməsinin İran ərazisində həyata keçirilməsinin həmşə tərəfdarı olmuşuq və hazırda da İranda MAQATE-nin nəzarəti ilə bu proses həyata keçirilir. İranın nüvə proqramı sülhyönlüdir", - Laricani deyib.

"Tehran reaktoruna lazım olan 20 faizlik uranı almaq üçün müraciət etmişik, əgər onlar bizə 20 faizlik uran satmaq istəməsələr, biz onu özümüz İranın daixilində zənginləşdirəcəyik", - o deyib.

Qərb İrandan tələb edir ki, "Tehran" nüvə laboratoriyası reaktorunun yanacağının təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın.

BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramını dayandırmaq üçün beş qətnamə qəbul edib. Qətnamələrin üçü İrana iqtisadi sanksiyaların tətbiq olunması ilə bağlıdır.

İran Parlamentinin spikeri Əli Laricani İslam ölkələrinin Parlamentlərarası İttifaqının ikigünlük komitə iclasında iştirak etmək məqsədi ilə bazar günü Misirə səfər edib.

Xəbər lenti

Xəbər lenti