...

Əmr Musanın Misirdəki prezident seçkilərində iştirak etmək imkanı istisnadır

Dünya xəbərləri Materials 23 Dekabr 2009 17:14 (UTC +04:00)
Ərəb Ölkələri Liqasının (ƏÖL) baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa bəyan edib ki, ölkə konstitusiyasının 76-cı maddəsinin bəndləri onun prezident seçkilərində namizədliyini irəli sürməsinin qarşısını alır.
Əmr Musanın Misirdəki prezident seçkilərində iştirak etmək imkanı istisnadır

Ərəb Ölkələri Liqasının (ƏÖL) baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa bəyan edib ki, ölkə konstitusiyasının 76-cı maddəsinin bəndləri onun prezident seçkilərində namizədliyini irəli sürməsinin qarşısını alır. Məlumatı ərəb qəzeti "əl-Qüds əl-Ərəbi" yazır.

"Əl-Misir əl-Yaum" qəzetinə verdiyi müsahibədə Musa öz namizədliyini irəli sürmək imkanını istisna edib. Belə ki, o, regionda partiya fəaliyyəti və səs toplamaqla məşğul olmur, bu isə namizədlərlə bağlı konstitusiya tələblərinə ziddir.

Konstitusiyanın 76-cı maddəsi namizədin bir il ərzində partiyalardan birinin ali orqanlarının üzvü olmasını tələb edir, bir şərtlə ki, partiyanın yarandığı müddət ən azı beş il olmalıdır. Namizədliyi müstəqil irəli sürmək üçün parlamentin 250 millət vəkilinin və ölkənin minimum 10 əyalətinin dəstəyini qazanmaq lazımdır.

Oktyabrda Musa 2011-ci il seçkilərində Misir Prezidenti vəzifəsinə öz namizədliyini irəli sürmək niyyətini bəyan etmişdi.

73 yaşlı misirli siyasətçi Yaxın Şərq münaqişəsi ilə bağlı ABŞ-a və İsrailə münasibətdə öz amansız mövqeyi ilə tanınır. O, Misir və ərəb siyasi dairələrində çox məşhurdur.

Öz gələcək siyasi fəaliyyəti haqqında danışan Əmr Musa ƏÖL-in baş katibi vəzifəsinə yenidən seçilmək niyyətində olmadığını və yarım ildən sonra bu postu tərk edəcəyini, bundan sonra isə özünü siyasi fəaliyyətə həsr edəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti