...

İsrail Qüdsdə fələstinlilərə məxsus 900 evi dağıtmağı planlaşdırır

Dünya xəbərləri Materials 23 Dekabr 2009 18:08 (UTC +04:00)
İsrail hökuməti yəhudi yaşayış məntəqələrinin tikintisi üzrə doqquz aylıq moratoriumun bitməsindən sonra Qüdsdə (Yerusəlim) fələstinlilərə məxsus 900 evin dağıdılmasını planlaşdırır.
İsrail Qüdsdə fələstinlilərə məxsus 900 evi dağıtmağı planlaşdırır

İsrail hökuməti yəhudi yaşayış məntəqələrinin tikintisi üzrə doqquz aylıq moratoriumun bitməsindən sonra Qüdsdə (Yerusəlim) fələstinlilərə məxsus 900 evin dağıdılmasını planlaşdırır. Məlumatı Sinxua agentliyi yayıb.

"Özəl şirkət tərəfindən verilən plan evlərin dağıdılmasını və onların yerində köhnə Qüdsdə yeni yaşayış yerlərinin inşasını nəzərdə tutur", - Qüds işləri üzrə Fələstin Administrasiyasının nümayəndəsi Hatəm Əbdülqədir deyib. Agentlik yazır.

Əbdülqədir tarixi abidələr üzrə İsrail departamentini ərazini "ümumdünya irsi obyekti" bəyan edən YUNESKO-nun icazəsi olmadan İslamın üçüncü ziyarətgahı hesab olunan əl-Əqsa məscidi ərazisində daima qazıntılar aparmaqda ittiham edib.

Fələstinlilər Şərqi Qüdsü öz dövlətlərinin gələcək paytaxtı hesab edirlər, lakin İsrail 1967-ci il müharibəsi zamanı işğal olunmuş şəhərin bölünməsindən imtina edir.

Dekabrda Avropa İttifaqı İsrail və Fələstin Milli Administrasiyasını Qüds üzrə danışıqları bərpa etməyə çağırıb.

İsrailin Şərqi Qüdsdə və Qərb Sahilinin digər ərazilərində yaşayış yerlərinin inşasını davam etdirməsi sülh danışıqlarının bərpa olunması yolunda əsas maneədir.

Fələstin rəhbərliyi yaşayış yerlərinin inşasının tamamilə dayandırılmasını tələb edir ki, bu da İsrail rəhbərliyini qane etmir.

Xəbər lenti

Xəbər lenti