...

Kutaisidəki Azadlıq abidəsinin partladılması ilə əlaqədar daha bir nəfər həbs edilib

Dünya xəbərləri Materials 23 Dekabr 2009 20:24 (UTC +04:00)
Tbilisi şəhər məhkəməsi Kutaisidəki xatirə abidəsinin partlayışı ilə əlaqədar daha bir nəfər - "Qruzvzrıvprom"-un müdiri Equce Qabadze barəsində iki aylıq ilkin həbs qəti imkan tədbiri seçib.
Kutaisidəki Azadlıq abidəsinin partladılması ilə əlaqədar daha bir nəfər həbs edilib

Gürcüstan, Tbilisi, 23 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Tbilisi şəhər məhkəməsi Kutaisidəki xatirə abidəsinin partlayışı ilə əlaqədar daha bir nəfər - "Qruzvzrıvprom"-un müdiri Elquce Qadabadze barəsində iki aylıq ilkin həbs qəti imkan tədbiri seçib.

"Qabadze Gürcüstan Cinayət Məcəlləsinin ikinci hissəsinin 240-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə günahlandırılır", - məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Onunla bərabər "Qruzvzrıvprom"-un Tbilisi bölməsinin müdiri Tengiz Daraxvelidze də həbs edilib. Onun barəsində məhkəmə işinə hələ baxılmayıb.

Kutaisidəki Azadlıq abidəsi dekabrın 19-da partladılıb. Partlayış nəticəsində gənc qadın və onun səkkiz yaşlı qızı həlak olub. Daha bir zərərçəkən xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti