...

İranın Xuzestan əyalətində zəlzələ baş verib

Dünya xəbərləri Materials 25 Dekabr 2009 13:18 (UTC +04:00)
Cümə günü İranın Xuzestan əyalətinin Şuştər şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend News İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.
İranın Xuzestan əyalətində zəlzələ baş verib

Cümə günü İranın Xuzestan əyalətinin Şuştər şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 10:08-də baş verdiyini qeyd edib.

Zəlzələ nəticəsində ölən və yaralananlar barədə hələ ki heç bir məlumat yoxdur.

İranın MEHR xəbər agentliyinin məlumatına əsasən, ötən gecə İranın Lorestan əyalətinin Xorrəmabad şəhərinin Əliştər qəsəbəsində Rixter cədvəli üzrə 3,9 bal gücündə də zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:47-də baş verib. Zəlzələ Xorrəmabad şəhərində də hiss olunub. Ümumiyyətlə, İranda tez-tez güclü zəlzələlər baş verir.

Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdi. Zəlzələ nəticəsində 31 min insan həlak olmuş və palçıqdan tikilən qədim qala dağılmışdı.

Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7,7 bal gücündə baş vermiş zəlzələ hesab olunur. Zəlzələ nəticəsində 37 min insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində isə 100 min nəfərdən çox insan xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti