...

İran Prezidenti Türkmənistana səfər edəcək

Dünya xəbərləri Materials 26 Dekabr 2009 10:50 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad yanvarın əvvəlində Türkmənistana səfər edəcək. Bu barədə Trend News İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
İran Prezidenti Türkmənistana səfər edəcək

İran Prezidenti Mahmud Əhmədinejad yanvarın əvvəlində Türkmənistana səfər edəcək. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

"İran Prezidenti yanvarın 5-6-da Türkmənistan Prezidentinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək", - İranın Türkmənistandakı səfiri Məhəmmədrza Furqani bildirib.

Furqani əlavə edib ki, Əhmədinejadın Türkmənistana səfəri zamanı ikitərəfli əlaqələrin inkişafına dair bir sıra sənədlər imza olunacaq.

"İran Prezidenti həmçinin Türkmənistan qazını İrana ixrac edəcək ikinci qaz boru kəmərinin açılış mərasimində iştirak edəcək", - Furqani deyib.

FARS agentliyinin məlumatına əsasən, İran Prezidenti Mahmud Əhmədinejad yanvarın 6-7-də Tacikistana da səfər edəcək.

Prezident Əhmədinejadın səfəri zamanı iki ölkənin siyasi və iqtisadi rəsmiləri arasında görüş, müxtəlif sahələrdə əməkdaşlıq haqqında bir neçə sənədin imzalanması, İran və Tacikistan arasında müştərək sərmayə yatırımları ilə bağlı layihələrin müzakirəsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti