Türkiyənin dövlət naziri Bülənt Arınca sui-qəsd etməkdə təqsirli bilinən səkkiz əsgər həbs edilib. Məlumatı Türkiyənin ANADOLU informasiya agentliyi yayıb.
Trend -un arayışı: Türkiyənin "Sabah" qəzetinin dekabrın 22-də verdiyi məlumata görə, dövlət naziri Bülənt Arınca sui-qəsd etməkdə təqsirli bilinən iki nəfər həbs edilib. Həbs edilənlərin üzərindən dövlət nazirinin evinin ünvanı və gündəlik iş proqramı aşkar edilib. Həmin şəxslərdən birinin həbs edildiyi zaman dövlət nazirinin proqramı və ünvanı olan kağızı udmağa çalışdığı bildirilirdi.