...

Gürcüstanda "donuz qripi"ndən 10 nəfər ölüb

Dünya xəbərləri Materials 28 Dekabr 2009 10:46 (UTC +04:00)
Gürcüstanda А/H1N1 virusundan 10 nəfər dünyasını dəyişib. Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzindən Trend News-a bildirilib ki, bu gün səhər Kutaisi xəstəxanasında 27 yaşlı Aleksandr Sulakvelidze dünyasını dəyişib.
Gürcüstanda "donuz qripi"ndən 10 nəfər ölüb

Gürcüstan, Tbilisi, 28 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda А/H1N1 virusundan 10 nəfər dünyasını dəyişib. Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzindən Trend -a bildirilib ki, bu gün səhər Kutaisi xəstəxanasında 27 yaşlı Aleksandr Sulakvelidze dünyasını dəyişib.

O, üç gün əvvəl ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onda ikitərəfli pnevmaniya müəyyən edilib. Həkimlərin cəhdlərinə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb. Bu, Gürcüstanda "donuz qripi"ndən onuncu ölüm faktıdır.

Hazırda Gürcüstanda laborator müayinələr nəticəsində bu virusa 1 026 yoluxma halı təsdiqlənib. Xəstəxanaya yerləşdirilən xəstələrdən 4-ü ağır vəziyyətdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti