...

İranda AUT SAT peykinin istehsalına başlanılıb

Dünya xəbərləri Materials 28 Dekabr 2009 11:39 (UTC +04:00)
İranın Əmir Kəbir Universitetinin müqavilələr üzrə eksperti Şahrux Məhdəvi bildirib ki, universitetlə İranın Aerokosmik Təşkilatı arasında AUT SAT peykinin istehsalı üzrə müqavilə imzalanıb.
İranda AUT SAT peykinin istehsalına başlanılıb

İranın Əmir Kəbir Universitetinin müqavilələr üzrə eksperti Şahrux Məhdəvi bildirib ki, universitetlə İranın Aerokosmik Təşkilatı arasında AUT SAT peykinin istehsalı üzrə müqavilə imzalanıb. O əlavə edib ki, bu peykin layihələndirmə işləri başa çatıb və hazırda onun istehsalına başlanılıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Məhdəvi deyib ki, AUT SAT peykinin ümumi çəkisi 70-80 kq-dır, peyk yeri və kənd təsərrüfatı məhsullarınının vəziyyətini araşdırmaq məqsədi ilə istehsal olunur.

Peyk həmçinin zəlzələ, quraqlıq və s. kimi təbii fəlakətlərin nəticəsində itkilərin azalmasına kömək edəcək.

İran ötən il İran İslam İnqilabının 30-cu ildönümündə "Ümid" adlı ilk peykini orbitə buraxmışdı.

Xəbər lenti

Xəbər lenti