...

Qəzza artıq açıq səma altında həbsxanada qala bilməz – Türkiyənin XİN rəhbəri

Dünya xəbərləri Materials 29 Dekabr 2009 13:39 (UTC +04:00)
Qəzza sektoru açıq səma altında həbsxanada, yaxud "getto"da qala bilməz. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi Fələstin Administrasiyasının Ankaradakı səfirliyində çıxışı zamanı deyib.
Qəzza artıq açıq səma altında həbsxanada qala bilməz – Türkiyənin XİN rəhbəri

Qəzza sektoru açıq səma altında həbsxanada, yaxud "getto"da qala bilməz. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi Fələstin Administrasiyasının Ankaradakı səfirliyində çıxışı zamanı deyib. Məlumatı The Journal of Turkish Weekly saytı yayıb.

Davudoğlu İsrailin ötən ilin dekabrında Qəzza sektorunda başladığı "Əridilmiş qurğuşun" hərbi əməliyyatının ildönümü ilə əlaqədar səfirlikdə olub. Fələstin həkimlərinin məlumatına görə, həmin əməliyyat nəticəsində 1600 fələstinli və 13 israilli həlak olmuşdu.

Türkiyənin XİN rəhbəri jurnalistlər qarşısında çıxış edərək deyib ki, Qəzzadakı müharibələrin birinci ildönümündə Türkiyə hökuməti ilə Fələstinin həmrəyliyini ifadə etmək üçün Fələstin səfirliyinə gəlib.

"Biz regionda bu faciəyə sadəcə şahid olmağı düzgün hesab etmirik", - Davudoğlu deyib.

"Hətta Qəzzada hərbi şəraitin başlanmasından bir il keçəndən sonra humanitar baxımdan təhlükə qalır", - nazir minlərlə fələstinlinin anklavada evsiz qalması ilə bağlı deyib.

"Qəzzanın bərpa və tikintisi üçün heç bir imkan yoxdur", - o deyib.

Davudoğlu deyib ki, Türkiyə də öz tərəfindən regionda stabillik yaratmaq üçün mümkün olan hər şey edəcək.

Xəbər lenti

Xəbər lenti