...

İran uranın mərhələli şəkildə mübadiləsi ilə razıdır - XİN sözçüsü

Dünya xəbərləri Materials 29 Dekabr 2009 12:29 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Tehran reaktoruna lazım olan uranın Türkiyə ərazisində mübadiləsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərək deyib ki, İran uranın mərhələli şəkildə mübadiləsi prinsipi ilə razıdır və hər iki tərəf yaranmış bu fürsətdən istifadə etməklə mübadilənin necə, harada və nə şəkildə həyata keçirilməsi barədə müzakirə apara bilər.
İran uranın mərhələli şəkildə mübadiləsi ilə razıdır - XİN sözçüsü

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Tehran reaktoruna lazım olan uranın Türkiyə ərazisində mübadiləsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərək deyib ki, İran uranın mərhələli şəkildə mübadiləsi prinsipi ilə razıdır və hər iki tərəf yaranmış bu fürsətdən istifadə etməklə mübadilənin necə, harada və nə şəkildə həyata keçirilməsi barədə müzakirə apara bilər. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

"Tehran reaktoru insanlıq naminə xəstələr üçün dərmanlar istehsal edir, bu reaktorun yanacaqla təmin olunması üçün şərt qoyulmasını düzgün hesab etmirik", - Mehmanpərəst bu gün Tehranda keçirdiyi həftəlik mətbuat konfransında bildirib.

"Qarşı tərəfə (Qərb ölkələrinə) bizdə inam yaratmaq üçün fürsət vermişik, qarşı tərəf bu fürsəti itirməsə mübadilənin detallarını müzakirə edə bilərik", - o əlavə edib.

Mehmanpərəst deyib ki, uranın mübadiləsi ilə bağlı Yaponiya, Türkiyə, Brazilya və Kiş adası kimi təkliflər var, lakin bu barədə hələlik qərar qəbul olunmayıb. 

Qərb tələb edir ki, İran "Tehran" nüvə laboratoriyası reaktorunun yanacaqla təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın.

"Tehran" laboratoriyasında reaktor 40 il bundan əvvəl ABŞ tərəfindən tikilib və əsas funksiyası dərmanların istehsalı ilə məşğul olmaqdır. Sonuncu dəfə 1993-cü ildə İran Argentinadan 30 kq 19,75 faiz zənginləşdirilmiş uran almaqla, bu reaktoru yanacaqla təmin edib.

Xəbər lenti

Xəbər lenti