...

İranın xarici işlər nazirindən Böyük Britaniyaya xəbərdarlıq

Dünya xəbərləri Materials 29 Dekabr 2009 14:40 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki Böyük Britaniyanın İranın daxili məsələlərinə müdaxiləsi ilə bağlı bildirib ki, əgər İngiltərə (Böyük Britaniya) boşboğazlığından əl çəkməsə, cavabını alacaq.
İranın xarici işlər nazirindən Böyük Britaniyaya xəbərdarlıq

İranın xarici işlər naziri Mənuçöhr Müttəki Böyük Britaniyanın İranın daxili məsələlərinə müdaxiləsi ilə bağlı bildirib ki, əgər İngiltərə (Böyük Britaniya) boşboğazlığından əl çəkməsə, cavabını alacaq. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

"Aşura günü baş verənlər müxtəlif yerlərdə olsa da eyni ssenari ilə təşkil olunub və bu onu göstərir ki, bəziləri demokrasiyanın nəticəsini qəbul etmək istəmir", - Müttəki bu gün somaliyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Müttəki deyib ki, İran 30 ildə 30 dəfə müxtəlif seçkilər keçirib. "İyunun 12-də keçirilən prezident seçkiləri 2005-ci ildə keçirilən seçkilər kimi keçirildi, bir neçə nəfər namizədliyini irəli sürdü və bir nəfər səs topladı. Səs toplaya bilməyənlər səbirli olub özlərini gələcək prezident seçkilərinə hazırlaya bilərlər", -  Müttəki deyib.

Müttəki əlavə edib ki, bəzi ölkələr İranın daxili məsələlərinə müdaxilə edir. "Bəzi əcnəbi rəsmilərin İrandakı hadisələrlə bağlı fikirləri onların öz hərəkətlərinə ziddir. Həmin ölkələr diqqətli olsunlar, biz onların harada nə iş gördüklərini hələ açıqlamamışıq, lakin dünya xalqları dəqiq bilirlər ki, onlar nə işlər görüblər", - o deyib.

Xəbər lenti

Xəbər lenti