...

İran ABŞ-a möhlət verib - XİN rəhbəri

Dünya xəbərləri Materials 29 Dekabr 2009 14:47 (UTC +04:00)
"Bu bizik ki, ABŞ-a möhlət vermişik, qarşı tərəf üçün vaxt təyin etmişik və onlar da bizim tərəfimizdən təyin olunmuş vaxtdan məlumatlıdırlar", - İranın xarici işlər naziri Mənuçöhr Müttəki keçirdiyi mətbuat konfransında jurnalistlərin ABŞ-ın İrana verdiyi möhlət barədə sualına cavab verərək deyib.
İran ABŞ-a möhlət verib - XİN rəhbəri

İranın xarici işlər naziri Mənuçöhr Müttəki deyib ki, ABŞ İrana deyil, İran ABŞ-a möhlət verib. "Bu bizik ki, ABŞ-a möhlət vermişik, qarşı tərəf üçün vaxt təyin etmişik və onlar da bizim tərəfimizdən təyin olunmuş vaxtdan məlumatlıdırlar", - İranın xarici işlər naziri Mənuçöhr Müttəki keçirdiyi mətbuat konfransında jurnalistlərin ABŞ-ın İrana verdiyi möhlət barədə sualına cavab verərək deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Müttəki əlavə edib ki, əgər qarşı tərəf (Qərb ölkələri və ABŞ) Tehran reaktoruna lazım olan yanacağın təmin edilməsi barədə məntiqli qərar qəbul edərsə, İran rəsmi şəkildə bunu alqışlayacaq. "Qarşı tərəf Tehran reaktoruna lazım olan yanacağın ya mübadiləsi, ya da alınması barədə məntiqli qərar qəbul edərsə, İran rəsmi şəkildə bunu alqışlayacaq", - Müttəki deyib.

Qərb tələb edir ki, İran "Tehran" nüvə laboratoriyası reaktorunun yanacaqla təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın.

"Tehran" laboratoriyasında reaktor 40 il bundan əvvəl ABŞ tərəfindən tikilib və əsas funksiyası dərmanların istehsalı ilə məşğul olmaqdır. Sonuncu dəfə 1993-cü ildə İran Argentinadan 30 kq 19,75 faiz zənginləşdirilmiş uran almaqla, bu reaktoru yanacaqla təmin edib.

Xəbər lenti

Xəbər lenti