...

İranda vəziyyət böhran həddinə çatıb - ekspertlər

Dünya xəbərləri Materials 29 Dekabr 2009 16:19 (UTC +04:00)
İranda yeddi ay prezident seçkilərindən keçsə də, seçkilərin nəticəsinə və Mahmud Əhmədinecadın prezidentliyinə etiraz edən müxalifətin aksiyaları səngimir. Ekspertlərin fikrincə, Aşura günü (dekabr ayının 27-si) aksiyaçılar və polis arasında yaranmış qarşıdurma zamanı 8 nəfərin ölməsi, 300 nəfərin həbsi göstərir ki, xalq öz tələblərindən geri çəkilməyəcək.
İranda vəziyyət böhran həddinə çatıb - ekspertlər

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir D.Xatınoğlu/

İranda yeddi ay prezident seçkilərindən keçsə də, seçkilərin nəticəsinə və Mahmud Əhmədinecadın prezidentliyinə etiraz edən müxalifətin aksiyaları səngimir. Ekspertlərin fikrincə, Aşura günü (dekabr ayının 27-si) aksiyaçılar və polis arasında yaranmış qarşıdurma zamanı 8 nəfərin ölməsi, 300 nəfərin həbsi göstərir ki, xalq öz tələblərindən geri çəkilməyəcək.

George Washington Universitetinin professoru, beynəlxalq əlaqələr üzrə iranlı ekspert Əlirza Nader Trend -a bildirib ki, İrandakı vəziyyət böhran həddinə çata bilər. Onun sözlərinə görə, Ayətullah Əli Xamenei və Mahmed Əhmədinecada qarşı çıxan müxalifət öz istəklərinə çatmayanacan geri çəkilməyəcəklər.

Vaşinqtonda fəaliyyət göstərən RAND analitika mərkəzinin əməkdaşı Naderin fikrincə, Xamenei müxalifətlə ortaq bir mövqeyə çatmaq, yaxud əksinə müxalifəti daha şiddətlə əzmək haqqında qərar qəbul etməlidir. "Hər iki qərar risklidir, həm geri çəkilmək, həm də müxalifəti daha şiddətlə əzmək stratejisi ölkədəki müxalifəti gücləndirəcək"- deyə, Nader bildirib.

Detsche Welle radiosunun Fars redaksiyasının rəhbəri, İran üzrə ekspert Cəmşid Faruği (Jamsheed Faroughi) isə belə düşünür ki, Ayətullah Xamenei tez bir zamanda, xalqın və müxalifətin etirazlarına diqqət göstərməlidir. Faruği Trend -a dekabrın 29-da telefonla bildirib ki, hakimiyyətin müxalifəti kobud vasitələrlə susdurmaq cəhdi əks nəticə verəcək. "Çox təhlükəli bir məqamdır, hadisələri diqqətlə izləyəndə görürük ki, müxalifət və xalq əvvəlcə dinc aksiyalar keçirirdi. Hakimiyyətin sərt təpkisinə məruz qalan xalq hazırda daha radikal və aqressiv şəkildə etiraz edir"- deyə, Almaniyada fəaliyyət göstərən iranlı ekspert Faruği hesab edir.

İyunun 12-də İranda keçirilən prezident seçkilərinin nəticəsinə geniş etirazlar olunub. Əhmədinecadla rəqabət aparan islahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi onun hakimiyyətinin legitimliyini rəsmiyyətə tanımır. Hakimiyyət onlarla aksiyaçını həlak edib, minlərlə müxalifəti həbs etsə də, etirazlar səngimək bilmir. Hakimiyyətin aqressiv və kobud rekasiyasını BMT İnsan Haqları Assembliyası, Amnesty İnternational , Avropa birliyi və ABŞ kəskin tənqid edib.

Nader hesab edir ki, teokratiya İranda çox zəif kökə malikdir və ölkə tarixində yeni bir fenomendir: " Son yüz ildə, İranda kütləvi müxalifətin ənənəsi var, Şah hakimiyyəti böyük bir kütlənin etirazları və aksiyaları ilə devrildi, həmən səviyyədə aksiyaları indi də görürük və Xameneinin hakimiyyətinin devrilməsi gözlənilməz deyil"- deyə, Nader hesab edir.

İranda 1979-cu il, xalq Şah Məhəmmədrıza Pəhləviyə qarşı geniş aksiyalar keçirib, Pəhləvi hakimiyyətini deviriblər. Eksperlərin fikrincə, Əhmədinecadın ikinci dövr prezidentliyindən sonrakı aksiyaların İran İslam İnqilabından sonra analoqu yoxdur.

BMT-də sabiq müşavir kimi fəaliyyət göstərən Hüseyn Əskğəri isə Trend -a müsahibəsində belə düşünür ki, "molla rejimi" daha xalq arasında öz dini etibarını əldən verib.

George Washington Universitetinin professoru Əskərinin fikrincə, "molla rejimi" bir daha "din pərdəsi arxasında" öz simasını gizlədə bilməz. "İyun ayında keçirilən seçkilərindən sonra İran hakimiyyətinin legitimliyi aradan gedib, baxmayaraq ki, bu hakimiyyətdə xalqın seçim hüququ yoxdur. Rejim belə düşünür ki, Allah tərəfindən xalqı idarə etməyə gəlib və xalq üçün dövlət başçısı seçməyə haqqı çatır"-deyə, Əskəri çərşənbə axşamı bildirib.

İyun ayının 13-də, seçkilərdən bir gün sonra, dərhal Ayətullah Xamenei Əhmədinecadın qalib gəldiyini təbrik edib və müxalifəti susmağa çağırıb. Xamenei "prezident seçkilərinin nəticəsinə etiraz etməyi Allahın yanında ən böyük günah" adlandırıb.

Faruği hesab edir ki, İran hakimiyyəti çox kobud şəkildə dinc aksiyalar keçirən xalqı əzib. Bu isə, müxalifət və hakimiyyət arasında olan dialoqu çətinləşdirib. Onun sözlərinə görə, Xamenei Əhmədinecadın hakimiyyəti və xalqı susdurmağa çalışan hərbiçiləri müdafiə edib.

İran Parlamentinin Təhükəsizlik Komissiyasının vitse-prezidenti İsmayıl Kövsəri isə, Trend -a müsahibəsində müxalifəti "fitnəçi" adlandıraraq bildirib ki, bütün iğtişaşçıları aşkar edib, məhkəməyə verəcəyik. Onların barəsində qanun çərçivəsində ölçü götürüləcək. "Onlar (aksiyaçılar) İsrail, ABŞ və Britaniyaya bağlı qüvələrdir. Onların başçıları isə "Musəvi və Kərrubi" tezliklə qanunun caynağına tapşırılacaqlar"- deyə, Kövsəri telefonla Tehrandan bildirib.

Lakin, Faruği hesab edir ki, Musəvi və Kərrubi həbs olunsa bu xalqın qəzəbinə səbəb olacaq. Qəzəbli xalq isə daha sərt və kobud şəkildə bu hadisəyə münasibət göstərəcək, hansı ki, yaranmış böhran tamamilə nəzarətdən çıxa bilər.

Əsgəri isə belə düşünür ki, "molla rejimi" artıq tükənib. "Yalnız bunu gözləmək lazımdir ki, bu rejim nə vaxt devriləcək, bir ay, iki ay, yoxsa bir ildən sonra?"

Məqalənin hazırlanmasında N.Baqdanova da iştirak edib.

Xəbər lenti

Xəbər lenti