...

Belçikanın Baş naziri Türkiyədədir

Dünya xəbərləri Materials 30 Dekabr 2009 10:52 (UTC +04:00)
Belçikanın Baş naziri İv Leterm Türkiyəyə çərşənbə axşamı çatıb.
Belçikanın Baş naziri Türkiyədədir

Belçikanın Baş naziri İv Leterm Türkiyəyə çərşənbə axşamı çatıb. Məlumatı Anadolu informasiya agentliyi yayıb.

Leterm çərşənbə günü Ankarada rəsmi danışıqlar aparacaq. O, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

İki baş nazirin Türkiyənin Avropa İttifaqı ilə münasibətlərini, terrorizmlə mübarizə və əməkdaşlığın digər sahələrini müzakirə edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti