...

Musəvinin bacısı oğlu dəfn olundu

Dünya xəbərləri Materials 30 Dekabr 2009 12:55 (UTC +04:00)
İran prezidentliyinə sabiq namizəd, islahatçıların lideri Mir Hüseyn Musəvinin bacısı oğlu dəfn olunub.
Musəvinin bacısı oğlu dəfn olundu

İran prezidentliyinə sabiq namizəd, islahatçıların lideri Mir Hüseyn Musəvinin bacısı oğlu dəfn olunub.

Musəviyə yaxın olan Azadlıq Yaşıl Hərəkatı saytının məlumatına əsasən, bu gün səhər Əli Həbibi Musəvinin meyiti hökumətin nəzarəti altında tam təhlükəsizlik şəraitində dəfn olunub.

İran polisi Aşura günü Tehranda baş verən hadisələrlə bağlı yaydığı bəyanatda bildirib ki, Musəvinin bacısı oğlu iğtişaşlardan kənar yerdə öldürülüb.

Bəynatda bildirilir ki, Əli Musəvi Mir Hüseyn Musəvinin bacısı oğlu baş vermiş iğtişaşlarda öldürülməyib. İğtişaşlar olmayan bir xiyabanda yoldan keçən avtomobil sərnişini tərəfindən ona tərəf atəş açılıb və xəstəxanaya çatdırılan zaman yolda keçinib.

Dekabrın 27-də Tehranda Aşura günü müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. Aksiyalardan beynəlxalq mətbuatda yayılan şəkillərdə bəzən xalqın polisə hücumu, daşlaması və polis motosikletlərini oda çəkməsi görünür. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Ötən gün İran polisinin rəis müavini general Əhmədrza Radan Aşura günü baş verən hadisələrdə 550 nəfərin həbs olduğunu deyib.

Beynəlxalq informasiya agentliyinin məlumatına görə, 15 nəfər ölüb, təxminən 550 nəfər isə həbs edilib.

Xəbər lenti

Xəbər lenti