...

Permdəki gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 154-ə çatıb

Dünya xəbərləri Materials 2 Yanvar 2010 11:32 (UTC +04:00)
Permdə "Xromaya loşad" gecə klubunda baş verən yanğın nəticəsində həlak olanların sayı artaraq 154-ə çatıb - daha bir qadın dünyasını dəyişib.
Permdəki gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 154-ə çatıb

Permdə "Xromaya loşad" gecə klubunda baş verən yanğın nəticəsində həlak olanların sayı artaraq 154-ə çatıb - daha bir qadın dünyasını dəyişib. Bu barədə şənbə günü RF FHN-in Perm vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.

Permdə 2009-cu il dekabrın 5-də gecə "Xromaya loşad" kafesində yanğın baş vermişdi. RİA Novosti yazır.

"Xromaya loşad" kafesində baş vermiş yanğında xəsarət alanlardan daha bir nəfər ölüb. 1976-cı il təvəllüdlü Yepanova Yelena Aleksandrovna Moskvada Vişnevski adına Cərrahiyyə İnstitutunda vəfat edib ", - məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, hələ də 61 nəfər - Permdə 2, Sankt-Peterburqda 11, Moskvada 46,  Çelyabinskdə isə 2 nəfər müalicə alır.

Xəbər lenti

Xəbər lenti