...

Kipr türklərinin lideri 2010-cu ilin sülh və Kipr probleminin həlli ili olmasını arzulayıb

Dünya xəbərləri Materials 4 Yanvar 2010 13:27 (UTC +04:00)
Adanın şimal hissəsində yaşayan Kipr türklərinin lideri Mehmet Əli Tələt yanvar ayına planlaşdırılan intensivləşdirilmiş danışıqlar zamanı Kipr məsələsində əhəmiyyətli dərəcədə irəliləyişə nail olmaq məqsədini ortaya qoyacaqlarını qeyd edərək, 2010-cu ilin sülh və Kipr probleminin həlli ili olmasını arzulayıb.
Kipr türklərinin lideri 2010-cu ilin sülh və Kipr probleminin həlli ili olmasını arzulayıb

Adanın şimal hissəsində yaşayan Kipr türklərinin lideri Mehmet Əli Tələt yanvar ayına planlaşdırılan intensivləşdirilmiş danışıqlar zamanı Kipr məsələsində əhəmiyyətli dərəcədə irəliləyişə nail olmaq məqsədini ortaya qoyacaqlarını qeyd edərək, 2010-cu ilin sülh və Kipr probleminin həlli ili olmasını arzulayıb. Məlumatı TRT Russian saytı yazıb.

Tələt vurğulayıb ki, onlar qarşıdakı danışıqlara ciddi hazırlaşırlar. "Əgər nəzərdə tutduğumuza nail ola bilsək, 2010-cu ildə problemin həllində yeni il qabağı ümidlərimizi reallaşdıra bilərik", - o deyib.

Kipr Aralıq dənizində Türkiyənin 65 kilometrliyində yerləşən, əhalisi yunanlardan və türklərdən ibarət olan bir adadır. 1974-cü ilədək adada vahid müstəqil dövlət mövcud idi. Kiprli yunanlıların "Enosis" adı verilən və Kiprin Yunanıstana birləşdirilməsini nəzərdə tutan planı həyata keçirməyə başlamasından sonra Türkiyənin hərbi müdaxiləsi ilə Kiprin türklər yaşayan hissəsində müstəqil Şimali Kipr Türk Respublikası quruldu. Lakin bu dövlət təkcə Türkiyə tərəfindən tanınır.

Beynəlxalq aləmdə isə adanı təmsil edən dövlət kimi Kiprin cənubunda qurulan Yunan Kipri tanınır. BMT və Avropa İttifaqının təşəbbüsləri ilə adadakı iki dövlətin vahid hakimiyyət altında birləşdirilməsinə cəhd edilsə də nəticə əldə edilməyib. Bu təşəbbüslərin ən əhəmiyyətlilərindən biri olan 2004-cü il Annan Planı referendumu da Kipr türklərinin qəbul, yunanların isə rədd etməsi nəticəsində həyata keçirilə bilmədi.

Xəbər lenti

Xəbər lenti