...

Türkiyə-Ermənistan münasibətlərinin Avropa İttifaqına üzvlüklə heç bir əlaqəsi yoxdur (Əlavə olunub)

Dünya xəbərləri Materials 4 Yanvar 2010 18:08 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül ölkənin CNN Türk telekanalına verdiyi müsahibəsində Türkiyə Ermənistan əlaqələrinin normallaşmasının Avropa İttifaqına üzvlülkə heç bir əlaqəsi olmadığını bildirib.
Türkiyə-Ermənistan münasibətlərinin Avropa İttifaqına üzvlüklə heç bir əlaqəsi yoxdur (Əlavə olunub)

Türkiyə Prezidenti Abdullah Gül ölkənin CNN Türk telekanalına verdiyi müsahibəsində Türkiyə Ermənistan əlaqələrinin normallaşmasının Avropa İttifaqına üzvlülkə heç bir əlaqəsi olmadığını bildirib.

" Türkiyə-Ermənistan, Şimali Kipr məsələsinin Türkiyənin Avropa İttifaqına üzvlüklə heç bir əlaqəsi yoxdur" - deyə, Gül bildirib.

TREND NEWS -un arayışı:

Dekabrın 10-da Ermənistan və Türkiyənin XİN rəhbərləri Sürixdə Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşdırılmasına dair protokollar imzalayıblar. İki ölkə arasındakı diplomatik münasıbətlər 1993-cü ildən kəsilib.

Əlaqələrin kəsilməsinə və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb

Yerevanın qondarma "erməni soyqırımı"nın tanınması iddiası, Ermənistanın

Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və Ermənistan tərəfinin Türkiyənin Anadolu hissəsinə olan ərazi iddiası ilə əlaqədar antitürk kampaniyasını genişləndirməsi olub.

Abdullah Gül onu da qeyd edib ki, Avropada bəzi qüvvələr bu problemlərin Ankaranın Avropa İttifaqına üzvlüyünə əngəl olduğunu söyləməklə Türkiyəni istismar etmək niyyətindədirlər.

Gülün sözlərinə görə, Avropa İttifaqına üzvlük məsələsi olmasa belə bu problemlər Türkiyənin həll etmək istədiyi məsələlərdən biridir.

Gül onu da qeyd edib ki, Qafqazda istiqrar və sülhün olması çox önəmlidir.

"Qafqaz Şərq və Qərbi" bir-birindən ayıran divar halında olmalı deyil, regiondakı dondurulmuş münaqişələr həll edilməlidir"- deyə Gül əlavə edib.

Gülün sözlərinə görə, Ankara regionda şəffaş siyasət yürüdür.

Xəbər lenti

Xəbər lenti