...

İran Prezidenti Türkmənistana səfər edib

Dünya xəbərləri Materials 5 Yanvar 2010 10:41 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bu gün Türkmənistana səfər edib.
İran Prezidenti Türkmənistana səfər edib

İran Prezidenti Mahmud Əhmədinejad bu gün Türkmənistana səfər edib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Əhmədinejad bu gün səhər Tacikistandan Türkmənistana səfər edib. İran Prezidenti ötən gün Tacikistana səfər etmişdi. Səfər zamanı İran və Tacikistan arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair 5 saziş imzalanıb.

İran Prezidenti yanvarın 6-da Türkmənistan qazını İrana ixrac edəcək ikinci qaz boru kəmərinin açılış mərasimində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti