...

İslam İnqilabının ildönümündə bir neçə yeni peykin təqdimatı olacaq - İran Prezidenti

Dünya xəbərləri Materials 6 Yanvar 2010 10:45 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad ötən gün Türkmənistanda yaşayan iranlılarla görüşü zamanı bildirib ki, İran müxtəlif sahələrdə, xüsusilə də elm sahəsində çox geniş nailiyyətlər əldə edib.
İslam İnqilabının ildönümündə bir neçə yeni peykin təqdimatı olacaq - İran Prezidenti

İran Prezidenti Mahmud Əhmədinejad ötən gün Türkmənistanda yaşayan iranlılarla görüşü zamanı bildirib ki, İran müxtəlif sahələrdə, xüsusilə də elm sahəsində çox geniş nailiyyətlər əldə edib. "Fəcr ongünlüyü"ndə bir neçə yeni peykin təqdimatı olacaq. Bu peyklər gələn il orbitə buraxılacaq", - Əhmədinejad deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

İran Prezidenti ötən gün Türkmənistana rəsmi səfər edib. Əhmədinejad bu gün türkmənistanlı həmkarı ilə Türkmənistan-İran ikinci qaz boru kəmərinin açılış mərasimində iştirak edəcək.

İran ötən il İslam İnqilabının 30-cu ildönümündə "Ümid" adlı ilk peykini orbitə buraxmışdı. Hər il İranda İslam İnqilabının ildönümü münasibətilə bəhmən ayının 12-dən 22-dək "Fəcr ongünlüyü" bayram tədbirləri keçirilir. Bu il "Fəcr ongünlüyü" fevral ayının 1-dən 12-dək qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti