...

İran, Pakistan və Əfqanıstan XİN rəhbərlərinin İslamabadda görüşü keçiriləcək

Dünya xəbərləri Materials 12 Yanvar 2010 16:25 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, İran, Pakistan və Əfqanıstan XİN rəhbərlərinin üç tərəfli iclası şənbə günü İslamabadda keçiriləcək.
İran, Pakistan və Əfqanıstan XİN rəhbərlərinin İslamabadda görüşü keçiriləcək

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, İran, Pakistan Əfqanıstan XİN rəhbərlərinin üç tərəfli iclası şənbə günü İslamabadda keçiriləcək. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında əlavə edib ki, iclasda Əfqanıstan məsələsi və regionda baş verən proseslər müzakirə olunacaq.

Mehmanpərəst İslamabadda keçirlən iclasda üç ölkənin prezidentlərinin növbəti görüşünün dəqiq vaxtının təyin olunacağını bildirib.

Mehmanpərəst ilin sonunda Londonda keçiriləcək Əfqanıstana dair konfransda İranın iştirak edib-etməyəcəyi barədə bildirib ki, "Bizim bu konfransın Əfqanıstan xalqının xeyrinə olacağına inanmımız yoxdur".

"Fikrimizcə Əfqanıstandakı problemin həlli istiqamətində regional əməkdaşlığa üstünlük verilməlidir və region ölkələrinin iştirakı və əməkdaşlığı ilə bu problem həll oluna bilər",-Mehmanpərəst deyib.

Xəbər lenti

Xəbər lenti