...

Türkiyə ilə Rusiya arasında viza rejiminin ləğvi üçün Putinlə danışıqlar aparılacaq - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 13 Yanvar 2010 12:30 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə iki ölkə arasında viza rejiminin ləğvi üçün danışıqlar aparılacağını bildirib.
Türkiyə ilə Rusiya arasında viza rejiminin ləğvi üçün Putinlə danışıqlar aparılacaq - Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə iki ölkə arasında viza rejiminin ləğvi üçün danışıqlar aparılacağını bildirib. Məlumatı Türkiyənin CNN Türk informasiya portalı yayıb.

"Rusiyalı həmkarım Putin və ölkə Prezidenti Medvedevlə görüşüm zamanı iki ölkə arasında viza rejiminin ləğvi üçün danışıqlar aparılacaq", - Ərdoğan deyib.

Trend -un arayışı: Son iki ay ərzində Türkiyə bir çox ərəb dövlətləri - Liviya, Suriya, İraqLivan ilə viza rejimini ləğv edib. Hazırda Səudiyyə Ərəbistanı ilə sadələşdirilmiş viza rejimi tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti