...

İsrail Türkiyənin iradlarına diqqət yetirməlidir - Livanın Baş naziri

Dünya xəbərləri Materials 13 Yanvar 2010 13:41 (UTC +04:00)
Ankara və İstanbula ikigünlük səfər edən Livanın Baş naziri Saad əl-Həriri Türkiyənin CNN Turk telekanalına verdiyi müsahibəsində deyib ki, İsrail Türkiyənin iradlarını qəbul etməlidir.
İsrail Türkiyənin iradlarına diqqət yetirməlidir - Livanın Baş naziri

Ankara və İstanbula ikigünlük səfər edən Livanın Baş naziri Saad əl-Həriri Türkiyənin CNN Turk telekanalına verdiyi müsahibəsində deyib ki, İsrail Türkiyənin iradlarını qəbul etməlidir.

Livan hökumətinin rəhbəri Türkiyə və İsrail arasında çərşənbə axşamı İsrailin xarici işlər nazirinin müavini Daniel Ayalonun Türkiyə səfiri Oğuz Çelikkola təhqiramiz münasibətinə görə yaranan diplomatik münaqişədə Ankaranı dəstəkləyib.

Çelikkol Türkiyə telekanallarında göstərilən və İsraildə yəhudilər əleyhinə qəbul edilən filmlə əlaqədar olaraq izahat verməsi üçün XİN-ə çağırılmışdı.

Görüş zamanı Ayalon səfirin əlini sıxmaqdan imtina edib və onu xeyli gözləməyə vadar edib.

Əl-Həririnin sözlərinə görə, Livan Türkiyə-İsrail münasibətlərini dəstəkləyir, lakin Təl-Əviv sülh istəyib-istəməməsi barədə təcili qərar qəbul etməlidir.

Xəbər lenti

Xəbər lenti