...

İsrailin İrana hücum etməyə cəsarəti yoxdur - xarici işlər naziri

Dünya xəbərləri Materials 13 Yanvar 2010 14:07 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu gün İranda səfərdə olan omanlı həmkarı Yusif bin Ələvi ibn Abdulla ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, "biz sionist rejimində İrana hücum edə biləcək cəsarəti görmürük".
İsrailin İrana hücum etməyə cəsarəti yoxdur - xarici işlər naziri

İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu gün İranda səfərdə olan omanlı həmkarı Yusif bin Ələvi ibn Abdulla ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, "biz sionist rejimində İrana hücum edə biləcək cəsarəti görmürük". Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

"Sionist rejimi yarandığı gündən indiyədək regiondakı müsəlmanlara baş ağrısı, terror və işğaldan başqa bir şey gətirməyib. Belə dəlilərdən ehtiyatlanmaq lazımdır", - Müttəki "İsrail İrana qarşı təhlükə yarada bilərmi" sualının cavabında deyib.

Xəbər lenti

Xəbər lenti