...

İran XİN nüvə proqramı ilə bağlı internet saytı yaradır

Dünya xəbərləri Materials 13 Yanvar 2010 15:01 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib ki, XİN bu gün nüvə proqramı ilə bağlı internet saytının təqdimat mərasimini keçirəcək.
İran XİN nüvə proqramı ilə bağlı internet saytı yaradır

İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib ki, XİN bu gün nüvə proqramı ilə bağlı internet saytının təqdimat mərasimini keçirəcək. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Müttəki əlavə edib ki, yeni inyernet saytında XİN-in beynəlxalq əlaqələr şöbəsinin və mətbuat xidmətinin köməyi ilə İranın nüvə proqramı ilə bağlı son xəbərlər və məlumatlar yerləşdiriləcək.

Onun sözlərinə görə, saytın təqdimat mərasimi jurnalistlərin iştirakı ilə bu gün keçiriləcək.

Xəbər lenti

Xəbər lenti