...

Avropa Şurası Nazirlər Komitəsinin sədri Gürcüstan və Rusiyaya səfər edəcək

Dünya xəbərləri Materials 13 Yanvar 2010 22:46 (UTC +04:00)
Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədri, İsveçrənin Xarici İşlər naziri Mişlin Kalmi Rey (Micheline Calmy-Rey) 15-17 yanvar 2010-cu il tarixlərində Gürcüstan və Rusiyaya səfər edəcək. Bu barədə Trend News-a çərşənbə günü Gürcüstanın AŞ yanında Daimi nümayəndəliyindən məlumat verilib.
Avropa Şurası Nazirlər Komitəsinin sədri Gürcüstan və Rusiyaya səfər edəcək

Avropa Şurası () Nazirlər Komitəsinin sədri, İsveçrənin Xarici İşlər naziri Mişlin Kalmi Rey (Micheline Calmy-Rey)  15-17 yanvar 2010-cu il tarixlərində GürcüstanRusiyaya səfər edəcək. Bu barədə Trend -a çərşənbə günü Gürcüstanın AŞ yanında Daimi nümayəndəliyindən məlumat verilib.
 
16-17 yanvar tarixlərində AŞ Nazirlər Komitəsinin sədri Gürcüstan prezidenti, Xarici İşlər və İnteqrasiya məsələləri nazirləri və digər rəsmi şəxslər, eləcə də siyasi partiya və QHT nümayəndələri ilə görüşlər keçirəcək.

Məlumatda bildirilir ki, 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstanla Rusiya arasında münasibətlər, eləcə də onun doğurduğu nəticələr, qaçqınların vəziyyəti, hər iki ölkənin üzərinə götürdüyü öhdəliklər AS-nin gündəliyində qalmaqdadır. Xanım Mişlin Kalmi Reyin hər iki ölkəyə səfərinə bu kontekstdən baxılmalıdır. Səfər zamanı yaranmış vəziyyətə dair tərəflərin mövqeyinə aydınlıq gətiriləcək və fikir mübadiləsi aparılacaqdır. 

Bundan əlavə, səfər çərçivəsində Gürcüstanda demokratiyanın inkişafı, insan haqlarının vəziyyəti, eləcə də Gürcüstanla İsveçrə arasında ikitərəfli münasibətlər müzakirə olunacaq.
 
Xatırladaq ki, 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr kəsildiyindən hər iki ölkənin maraqlarını İsveçrənin həmin ölkələrdəki diplomatik missiyaları təmin edir.
 
Qeyd edək ki, Gürcüstana səfərdən sonra NK-nin sədri yanvarın 17-də  birbaşa  Moskvaya yola düşəcək və  Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla işgüzar görüş keçirəcək.

Xəbər lenti

Xəbər lenti